1- Şervin xanım öz haqınızda bir az bizə məlumat verin daha sonra son 2011 ilində qatıldığınız Qızıl Melodiya haqda sorğularımız olacaq.
Mən Şervindoxt Nəcəfpur, Atabəyqızı 1991 ilində Norveçdə doğuldum. Bu gün Norveçin başkəndi Oslo şəhərində yaşayıram. 18 fevral 2008 ilində Urmugözəlinı açıb fəaliyyətə başladım. Təhsilimi Norveçdə özəl məktəbdə bitirdim, ancaq məktəbin son ilini bitirmədən ara verib, Amerikaya gedim. Amerikada bir ilik təhsil alıb geri dönüb lisəni başa vurdum. Amerikada olduğum zaman ABŞ-ın prezidenti Barack Obamaya insan haqları üzərə bir məktub yazdım. Bir qısa zaman içində sayın Obamadan yazdığım məktuba cavab aldım...
Azərbaycanlı bir ailədə doğuldum və ata anamın çalışmaları nəticəsində öz varlıq və mədəniyyətimizə vurğun oldum. Azərbaycan türkü olduğuma fəxr edib Azərbaycanımızın üçün əlimdən gələni əsir gəmirəm!
Uca Millətimizin yenilməz gücündən, güc alıb yurdışında, ölkəmizin yüksəlməsi üçün bacardığım sahələrdə durmadan çalışıram! 2003 ilindən bəri Azərbaycan Xəzər Yanar dərnəyi habelə Azərbaycan Səsi Radiosunda fəaliyyət edirəm. 2010 ilində Norveçin milli televiziyası NRK tərəfindən Osloda keçirilən Avrovijion 2010 mahnı yarışmasında Azərbaycan heyətini qarşılayıb könülü olaraq pres konfranslarda iştirak etdim.
2 - Şervin xanım siz baxmayaraq Norveçdə doğulub böyümüşsünüz ana dilinizi yaxşı danışırsınız. Necə öyrəndiniz?
Mən yuxarıda dediyim kimi Azərbaycanlı bir ailədə doğulub böyüdüm, uşaqlıqdan evdə Azərbaycan türkcəsini eşitmişəm. Burda anam Şəhin xanım habelə atam Atabəydən minnətdarlığımı bildirirəm ki, mənim milli yetişməmdə çox əmək veriblər.
3- Şervin xanım duyduğumuza görə ötən həftə Qızıl Melodiya (Golden Melody) festivalına qatıldınız. Festivalla bağlı bizə məlumat verin lütfən.
Deməli Qızıl Melodiya festivalı 19 ölkənin iştirak ilə gerçəkləşdi. Odlar yurdu Azərbaycanımız Seyran İsmaiylxanovun Qanadsız Mələk adlı mahnı ilə birinci yerə layiq göründü.
4- Biz ötən gün internet vasitəsilə ilk xəbəri sizdən yəni Urmugözəlindən aldıq ki, Azərbaycanın istedadlı müğənnisi Seyran gözəl ifası ilə birinci yerə layiq görünübdür. Yarışma necə davam etdi? Münsiflər heyətimi səs verirdi yoxsa mesaj vasitəsilə oldu?
İlk gün yarım finalda 8688 sms səslə və münsiflərin qərarı ilə Seyran Ismayilxanov həmyerlimiz finala vəsiqə qazandı. Final gecəsi Seyran çox ustacasına bütün izləyicilərin ürəklərinə yol tapmağı bacardı. Seyran bütün yabançıları heyrətdə qoyub, telefonla gələn səslərin 14 000 hesabına yazdırdı. Üstəlik münsiflər heyəti bütünlüklə Azərbaycan nümayəndəsi Seyrana səs verdilər!
Bir daha Azərbaycanımızın adı yad ölkədə üç rəngli bayrağımızla dalğalandı!
Bunuda artırmalıyam ki, münsiflər heyətinin arasında dünya şöhrətli və Golden Melody Festival münsiflərinin prezidenti Fransalı Anne Marie David ki, 1972
Lüksemburq Eurovision qalibi, Almaniyadan Stefan Engel Eurovision bəstəkarı, Kiprdən müğənni Christina Matsa, Maltadan bəstəkar Deo Grech və başqaları.
5- Son olaraq festivaldan artıracağınız bir söz varmı?
Seyranın uğurlu çıxışından sonra bizə bir çox gözəl təkliflər oldu. Ancaq təklifləri daha sonra sizlərlə paylaşacağıq.
Urmugözəli
Feysbukda Festivaldan Fotolar
Golden Melody Festival 2011 (Seyran İsmayılxanov)