Salam, mən Əliyeva İradə Adil qızı 2-ci qrup ömürlük əliləm. Həyat yoldaşım zabit olub Qarabağ uğrunda gedən döyüşlər zamanı itkin düşüb. 2 övladım var, qızımın 17 oğlumun isə 14 yaşı var. Oğlum Əliyev Əmrah Canpolad oğlu çox xəstədir. Belə ki, onun beynində intraserebral şiş tapılıb. Təcili əməliyyat olunmalıdır, əks halda uşaq ya görmə qabiliyyətin itirə bilər ya da dünyasını dəyişə bilər. Oğlumun sol gözü artıq 40% görmə qabiliyyətini itirib. Uşağın xəstəliyi nevrocərrahiyə və neftçilər xəstəxanalarının rəsmi tibbi rəyləri, beyninin eeq-ramması, tomoqrafiyası və s. Tibbi sənədləri var. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi məktubu da var ki, texniki səbəblərdən əməliyyatın Respublikamızda aparılması mümkün deyildir, bu əməliyyat yalnız xaricdə keçirilə bilər. Mənim isə bunun üçün heç bir imkanım yoxdur. Belə ki, özüm əlilliyimə görə 84 AZN, yoldaşıma görə isə 40 AZN təqaüd alıram. Bu məbləğlə isə güc-bəla ilə dolanırıq. Kommunal xərclər və dolanışığımıza güclə çatır. Son dəfə biz ətin dadına Qurban bayramında baxmışıq. Ancaq, naşükür deyiləm bu günümüzə də min şükür. Sadəcə olaraq, Allahdan övladımın sağalmasını arzu edirəm. Çox çətin və ağır vəziyyətdə yaşayırıq. Şəraitsiz və havasız bir otaqlı evdə yaşayırıq. Bununla onu demək istəyirəm ki, heç olmazsa normal evim olsaydı satıb uşağımı sağaltdırardım. Buna görə də məcburiyyət qarşısında qürurumu bir kənara qoyub öz xalqımdan imkan daxilində oğlumun sağalması üçün, kömək etmələrini xahiş edirəm. İnanıram ki, göydə Allahın yerdə isə sizin köməyiniz sayəsində övladım sağalacaq, İnşallah. Allah heç bir valideynə bala dərdi çəkdirməsin. Əvvəlcədən öz və övladlarım adından hər kəsə dərin təşəkkür edirəm. Allah Sizə yar olsun.
 Əlavə: Bu sözləri müsəlman ana-bacımız söylədi. Bilmirəm necə deyim, özüm də pis olmuşam. Ona görə qısaca bütün sayt istifadəçilərindən administrasiya adına xahiş edirəm ki, bir gününüzün pulunu xərcləməyin yığaq 5-6 nəfər sayt adından gedək anamızı qarşıdan gələn Orucluq vaxtı sevindirə bilək az da olsa. Unutmayaq Əl Tutmaq Əlidəndir... ALLAH Təala onun quluna edilən hər bir şeyi görür... Gəlin bu əməlimizdə ALLAHA Xatir bu işi tam görək. Saytda çoxlu qeydiyyatlı istifadəçi var. Heçnə demirəm bunun cəmi 200 nəfəri hərəmiz 3 azndən qoysaq 600azn, 5 azndən qoysaq 1000 azn pul edir. Bu maddi məbləğ bir müddət o ailənin kafi dərəcədə yaşamasına səbəb olar. Nə bilmək olar bəlkə İnşəALLAH bizdən sonra başqa qardaş bacılarda köməklik edərlər. Qismət...

ALLAH Yolunda daim əlimizdən gələni etməyə çalışırıq elə? Gündə 5 dəfə namaz qılırıq ki, ALLAH Təala əməlimizi xeyirə yazsın. Bu addımımızlada əməlimizi xeyrə yazdıra bilərik ALLAHın izni ilə... . Unutma 1, 3 ya 5 aznlə bizə heçnə olası deyil. ALLAH Təala hər şeyi görür və bilir...
Sən də vəsilə ol

Süfrədən durarkən çoxu çörək qırıntılarını çölə atır. Zibilliyə... Amma düşünmür ki, ona ehtiyacı olan canlılar var. Quşlar onlarla qidalanır. Niyə sən o quşun qidasını zibilliyə atırsan? Omaz ki, o qırıntıları pəncərə ağzına qoyasan lap külək onu sovura yaya hər bir quş sənin o əməlindən bir parça qidalana. Olmaz məgər?
İndi də ay qardaş və bacım sənin o kompüterə, kluba, çayxanaya yaxud bufetdə oturub artıq xərclədiyin pula ehtiyacı olanlar ən az sənin düşünmədiyin qədərdir.
Nə isə uzatmıyacam söhbəti. İmanı və ALLAH sevgisi olan ALLAHA xatir 1-2 azn-dən keçə bilmirsə, onda sadəcə əyilib qalxsın. Haçana kimi? Onu ALLAH Təala gözəl bilir...
Qurani Kərimdə buyurulur: «Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır». (Əl–Bəqərə. 262)
Buda usağın Emrahın Anasının nömrəsidi. Onların telefon xətlərində problem var bəzi hallarda işləyir bəzi hallarda yox.Şəraitləri çox pisdi ona göre. Bayıl qəsəbəsinde qalırlar.
Kim zəng edib düşə bilməsə mənlə əlaqə saxlaya e-mailim: xeyriyye@list.ru
Iradə xanım (012)491-18-63

|